İslam əqidələri 3: Ədalət, xeyir və şər, lütfün vacibliyi və təkalif-i ma la yutaq
in intermediäre TheologieAllahın ədalət sifətin isbat etmək üçün “Hüsn və qubhi əqli” adlanan bir mövzunu müzakirə etmək zəruridir.
İnsanın yaxşıya və ya pisə hökm verməsi üçün bir neçə meyar mövcuddur:
-İnsanın təbiətinə uyğun işlər yaxşı, uyğun olmayan işlər isə pisdir,
-İnsanın kamilliyinə səbəb olan yaxşı, kamilliyinə zidd olan isə pisdir,
-Ağıllıların tərifinə səbəb olan işlər yaxşı, amma onların məzəmmətinə səbəb olan işlər isə pisdir.
Üçüncü meyarda ixtilaf var.
Əşairə məzhəbi bunu qəbul etmir, Ədliyyə məzhəbi isə qəbul edir.
“Hüsn və qubhi əqli” üçün dəlillər:
1-“Hüsn və qubhi əqli” qəbul edilməzsə “Hüsn və qubhi şəri” də qəbul oluna bilməz.
2-Allaha və onun Peyğəmbərinə(s) olan mərifət qapısı bağlanar. 3-Şəriəti qəbul etməyənlər ədalətin yaxşı, zülmün isə pis olmasına hökm verirlər.
Əşairə məzhəbi tərəfindən “Hüsnü qubhi əqli” nin inkarı üçün bir sıra natamam dəlillər mövcuddur.
Qurani Kərimdə əqlin müstəqil dərkinin mümkünlüyünə dair bir sıra ayələr mövcuddur .
Ədalət hər bir şeyin öz yerində qərar tapması mənasındadır.
Allahın ədalətinin müxtəlif məqamları:
Allahın “təkvin” məqamındakı ədaləti,
Allahın “təşri” məqamındakı ədaləti,
Allahın “cəza”məqamındakı ədaləti.
Allah bütün bu məqamlarda ədalətlidir ,çünki zülm əqlin hökmü ilə qəbihdir və Allah qəbih iş görməz.
Qurani Kərimdə və hədislərdə Allahın ədaləti barədə coxlu dəlillər mövcuddur.
Dünyada maddi aləmin xüsusiyyətindəndir ki, insanlar ictimai varlıq olduğundan xoşa gəlməz hadisələr həm günahsız və təqsiri olmayan möminə həm də kafirə zərər yetirsin.Amma Allahın ədaləti tələb edir ki, günahsız insanların zərəri müqabilində onları axirətdə mükafatlandırsın.
Mutaal Allahın gördüyü işlərin hədəfli olması barədə iki nəzəriyyə mövcuddur:
Biri budur ki, Allahın işləri hədəflidir.Çünki Allah kamil bir varlıqdır və hədəfsiz iş görməz.Bunun müqabilində olan nəzəriyə isə budur ki, Allahın işləri hədəfsizdir ,çünki hədəflə görülən iş müəyyən boşluqların doldurulması üçündür. Allah Kamil varlıq olduğu üçün bu onda təsəvvur olunmaz.
Birinci nəzəriyyə doğrudur.
Əşairə məzhəbinin etiqadına əsasən Allahın işləri hədəfsizdir, çünki hədəfli iş naqis varlıqdan baş verər.Amma bu düzgün deyil , çünki hədəfli iş iki qismdir birincisi budur ki, hədəf failin özünə qayıdır , ikincisi isə budur ki, hədəf işin özünə qayıdır. Allah barədə ikinci qism düzgündür.
Allahın işlərinin hədəfli olması barədə Quran ayələri mövcuddur.
Aləmdə olan xoşagəlməz və şərr hadisələrin Allahın ədaləti ilə ziddiyyəti yoxdur.Ona görə ki, maddi aləmi özünə məxsus xüsusiyyətləri ilə insanın təkamülü üçün yaratmışdır. Bunun üçün növi məsləhətlər vardır. Növi məsləhət zamanı bəzi insanların fərdi şəkildə zərər çəkməsinə baxmayaraq aləmdə Allah nə yaradıbsa ümumi şəkildə insanların xeyrinədir.Bunu dəqiq şəkildə dərk etmək üçün insanın məhdud elmi kifayət etmir.
İnsan təkamülü üçün növi məsləhətlər fərdi məsləhətdən öndədir və önəmlidir.Bunu dərk etmək məhdud elmlə imkansızdır. İnsan təkamül və əbədi səadət üçün yaradılıb. Buna çatmaq üçün bəla və müsibətlərin böyük rolu var.Bundan əlavə bəlaların çoxu Quran məntiqinə əsasən insanların öz əməlləri nəticəsində olur.İnsanın çətinliklərlə kamilləşmsini nəzərə alsaq bəla şər deyil, xeyr olacaqdır.
Bəla və müsibətin insanın təkamülündə tərbiyəvi faydaları çoxdur. O cümlədən kamilləşmə, qəflətdən oyanma və Allahı yada salmaq,məsumlarda isə uca məqama çatmaq və sair.
Allah insanı gücü çatmayan bir işlə vəzifələndirməz.Çünki bu iş əqlin hökmünə əsasən qəbih və pisdir. Əqlin hökmünə əsasən Həkim olan Allah belə bir iş görməz.
Əşairə məzhəbi Quranın bəzi ayələrinin zahirinə istinad edərək bunun əksinə hökm vermişlər.Hal bu ki, ayələr başqa bir mənaya malikdir.
“Lütf” kəlam elmində insanı Allahın itaətinə yaxınlaşdıran və günahdan uzaqlaşdıran işlərə deyilir.
Əqlin hökmünə əsasən lütf Allaha vacibdir. Əks təqdirdə öz məqsədinin əksinə iş görmüş olur və bunu da Həkim olan Allah etməz.
Lütf iki qismdir : “Mühəssil lütf”( insandan qudrəti səlb edən lütf) və “muqərrib lütf”(insanıAllahın itaətinə yaxınlaşdıran lütf)
İkinci qisim Allaha əqli baxımdan vacibdir .
58 “Lütfün” vacibliyi(2)-Höccətül-İslam vəl-müslimin Firuz Yaşaroğlu
59 “Cəbr” və “İxtiyar”(1)-Höccətül-İslam vəl-müslimin Firuz Yaşaroğlu
Über diesen Kurs
Ədalət, Xeyir və Şər, Lütfün Vacibliyi və Təkalif-i Ma La Yutaq kursu İslam əqidəsinin ən mühüm mövzularından biri olan ilahi ədalət prinsipinin dərindən araşdırılmasına həsr edilmişdir. Kurs Firuz Yaşaroğlu tərəfindən Azərbaycan türkcəsində tədris olunur və Şiə kəlam məktəbinin baxışları əsasında hazırlanmışdır. Dərslər tələbələrə Allahın ədaləti, ilahi hikmət və insanın məsuliyyəti ilə bağlı əsas etiqadi məsələləri sistemli şəkildə öyrənmək imkanı verir.
Kursun əsas hissəsini Allahın ədaləti mövzusu təşkil edir. Bir neçə dərs ərzində ilahi ədalətin mənası, onun əqli və nəqli əsasları, eləcə də Allahın fellərinin hikmət və məqsədyönlülüyü araşdırılır. Tələbələr Allahın bütün işlərinin hikmətə əsaslandığını və Onun heç vaxt zülm etmədiyini kəlami dəlillərlə öyrənirlər. Bu mövzular İslam düşüncəsində ilahi ədalətin mərkəzi yerini daha aydın şəkildə anlamağa kömək edir.
Kursun digər mühüm bölmələri xeyir və şər məsələsinə həsr edilmişdir. “Şərrin hikməti” mövzusunda şərin mövcudluğu ilə bağlı yaranan suallar cavablandırılır və kainatda müşahidə olunan çətinliklərin ilahi hikmətlə əlaqəsi izah edilir. Həmçinin insanın gücü çatmayan işlə mükəlləf edilməsinin mümkünsüzlüyü (təkalif-i ma la yutaq), “lütf” prinsipinin vacibliyi və Allahın bəndələrinə göstərdiyi xüsusi inayət mövzuları ətraflı şəkildə təhlil olunur. Kursun sonunda “Cəbr və İxtiyar” məsələsi də araşdırılaraq insan iradəsinin mahiyyəti izah edilir.
Dərslər İmam Hüseyn Fondu tərəfindən hazırlanıb və qeydə alınıb, daha sonra isə İmam Sadiq Akademiyası vasitəsilə təqdim edilmişdir. Bu kurs ilahi ədalət və insan məsuliyyəti ilə bağlı dərin etiqadi məsələləri öyrənmək istəyənlər üçün möhkəm elmi əsas yaradır və tələbələrin İslam kəlamına dair anlayışlarını əhəmiyyətli dərəcədə zənginləşdirir.