Nübüvvət bəhsi iki hissədən ibarətdir :
Ümumi peyğəmbərlər barədə əqidəmiz,
Xüsusi bir peyğəmbər barədə əqidəmiz.
Nəbi lüğətdə xəbər mənasındadır.
Terminoloji mənası isə Allahın saleh bəndələr arsından seçdiyi elçi mənasındadır.
Rəsul və nəbi kəlmələri arasında məna baxımından fərq vardır.
Nübüvvət “lütf” qaydası əsasında sabit olur.
Lütf qaydası iki qismdir:
Müqərrib və mühəssil.Müqərrib lütf Allaha vacibdir, əks təqdirdə “nəqzi qərəz” qarşıya gəlir və bu da Allah baraədə imkansızdır.
İnsan ictimai və zatən özünü sevən bir varlıqdır və belə bir valığın qanuna ehtiyacı var və bu qanun Allah tərəfindən olmalıdır. Çünki insan üçün qanunu qoyan şəxs onu tanımalı və qanun qoyan zaman oz mənfəətini nəzərdə tutmamalıdır.
İnsanlar üçün qanun tərtib edən yalnız Allahdır .Çünki, Quran məntiqinə əsasən insanı Allah kimi tanıyan yoxdur və O, ehtiyacsızdır.Buna əsasən ilahi qanunu insanlara çatdırmaq üçün Peyğəmbərlərin olması zəruridir.
İnsanların bəzi mərifətlərə sahib olması üçün onun əqli kifayət etmir və ilahi təlimə ehtiyacı var. Buna görə Peyğəmbərlərin olması zəruridir.
İnsanın səadətə çatması üçün zəruri olan bəzi məarifləri dərk etməyə əql kifayət etmit. Buna görə Allah tərəfindən Peyğəmbərlərin göndərilməsi zəruridir.
“Bərahimə” firqəsi nübüvvətin zəruriliyini inkar edərək deyirlər: Nübüvvət vasitəsi ilə əldə olunan məarif ya əql vasitəsi ilə dərk olunur ya da olunmur. Hər iki surətdə nübüvvətə ehtiyac yoxdur.
Cavab: Həsr düzgün deyil ,çünki üçüncü təsəvvürdə mümkündür.
Əqlin dərki zamanı ilahi məarif faydasız olmur və təkid qismində olur.
Əql dərk etməyən və əqlin ziddinə olmayan məariflərdə mövcuddur.
Peyğəmbəri tanımaq üçün üç yol mövcuddur:
-Möcüzə,
-özündən öncəki Peyğəmbərin təsdiqi , -müxtəlif qərinə və şahidlər vasitəsi ilə.
Peyğəmbərlik iddiasını isbat etmək üçün peyğəmbərlər tərəfindən gətirilən qeyri adi işlərə möcüzə deyilir.
Möcüzə ilə başqa qeyri adi işlər arasında fərq vardır.
Möcüzə Allah tərəfindəndir amma qeyri adi işlər isə təlim yolu ilə ələ gəlir.
Möcüzə ilə başqa qeyri adi işlər arasında fərq vardır.
Möcüzə İlahi hədəf üçün istifadə olunur, amma qeyri adi işlər dünyəvi məqama çatmaq üçün yerinə yetirilir.
Möcüzə illiyyət qanunu ilə təzadda deyil və səbəbi var.
Bir şəxsin peyğəmbərliyi özündən öncəki Peyğəmbərin təsdiqi ilə möcüzəsi olmasa da belə sabit olur.
Və həmçinin bir sıra şahidlər vasitəsi ilə də bu məsələ isbat ola bilər ,o cümlədən bir şəxsin əxlaqı, nəsəbi və dəvət etdiyi mətləblərin məzmunu və sair.
Vəhy lüğətdə bir şeyin gizlin şəkildə çatdırılmasına deyilir.
Vəhyin terminoloji mənası isə peyğəmbərlərə məxsus olan xüsusi bir idrak növüdür.
Vəhyi inkar edənlərə bir neçə cavab var:
Vəhyin olmaması Allahdan başqa bütün qeyb aləminin inkarı deməkdir.
Peyğəmbərlərin gələcəkdən xəbər verməsi və bu xəbərin təhəqqüq tapması bu fikrin batil bir fikr olmasın isbat edir.
Vəhy iddiası edənlərin heç biri gətirdikləri mətləbləri heç vaxt özləri tərəfindən deməyiblər.
İsmət lüğətdə qorumaq ,mane olmaq və saxlamaq mənasındadır.
Terminoloji mənası: İsmət Allah tərəfindən bəzi insanlara verilən bir lütfdür ki, onun vasitəsi ilə günah etmək imkanı olsa da belə günahdan uzaq olar və itaətkar olar.
Əqli dəlillərə əsasən peyğəmbərlər ismətin bütün dərəcələrində məsumdurlar.
Əqli dəlillərə əsasən peyğəmbərlər ismətin bütün dərəcələrində məsumdurlar.
Peyğəmbərlərin hədəfi insanların təlim və tərbiyyəsidir. Bu da onların əməldə düzgün olmaları əsasındadır. Buna əsasən onlar məsum olmalıdırlar.
İsmətin mənası budur ki, insan günahın mahiyyət və həqiqətin həqiqi şəkildə bilir və görür və ondan uzaq durur.Həmçinin Məbuda olan məhəbbət onların günahdan uzaq durmaqlarına səbəb olur.
İsmətin mənası budur ki, insan günahın mahiyyət və həqiqətin həqiqi şəkildə bilir və görür və ondan uzaq durur.Həmçinin Məbuda olan məhəbbət onların günahdan uzaq durmaqlarına səbəb olur.
Sonuncu Peyğəmbər Həzrəti Muhəmməd (s) in peyğəmbərliyini üç yolla sabit etmək olar:
Özündən öncəki peyğəmbərlərin təsdiqi ilə,
müxtəlif qərinə və şahidlərin vasitəsi ilə.
Sonuncu Peyğəmbər Həzrəti Muhəmməd( s )in peyğəmbərliyi üç yolla sabit olur:
-özündən öncəki peyğəmbərin təsdiqi ilə,
-müxtəlif qərinə və şahidlərin vasitəsi ilə,
-möcüzə yolu ilə
Sonuncu Peyğəmbər Həzrəti Muhəmməd (s) in peyğəmbərliyi möcüzə yolu ilə sabit olur.
Quran sonuncu Peyğəmbər Həzrəti Muhəmməd (s) in peyğəmbərliyini sabit etmək üçün möcüzələrdən biridir.
Qurani kərimin müxtəlif möcüzəvi cəhətləri var ,o cümlədən fəsahət və bəlağət.
Quranın möcüzə olması barədə iki nəzəriyyə var:
Sərfə nəzəriyyəsi: Quranın mislini gətirməyə Allah izn vermir.
Quranın mislini gətirməyə insanların qüdrəti çatmır.
Bütün müsəlmanlar İslam dininin sonuncu din ,Quranın sonuncu kitab və Həzrəti Muhəmməd (s) in sonuncu peyğəmbər olmasına inanırlar.Bunun isbatı üçün möhkəm nəqli və əqli dəlillər mövcuddur.
İslam dininin sonuncu din olması üçün deyilən iradlar puç və əsassızdır. Bunun isbatına möhkəm dəlillər mövcuddur.
درباره این دوره
Nübüvvət (Peyğəmbərlik) kursu İslam əqidəsinin əsas sütunlarından biri olan peyğəmbərlik anlayışını sistemli və dərin şəkildə izah etmək üçün hazırlanmışdır. Kurs Firuz Yaşaroğlu tərəfindən Azərbaycan türkcəsində tədris olunur və tələbələrə nübüvvətin mahiyyəti, zərurəti və onun insan həyatındakı rolu barədə elmi və əqli əsaslı biliklər təqdim edir. Dərslər ardıcıl və aydın üslubda izah edilərək mövzunun mərhələli şəkildə mənimsənilməsinə şərait yaradır.
Kursun ilkin hissələrində nübüvvətin (peyğəmbərliyin) zəruriliyi müxtəlif əqli və kəlami dəlillərlə əsaslandırılır. Peyğəmbərliyin insan cəmiyyəti üçün ehtiyacı, ilahi rəhbərliyin zərurəti və bəşəriyyətin doğru yola yönləndirilməsində peyğəmbərlərin rolu geniş şəkildə izah edilir. Eyni zamanda, peyğəmbərliyin inkarına dair irəli sürülən şübhələr müzakirə olunur və onlara elmi cavablar verilir.
Kursun növbəti bölmələrində peyğəmbərləri tanıma yolları, vəhy anlayışı və onun mahiyyəti ətraflı şəkildə öyrədilir. Vəhyin tərifi, onun necə gerçəkləşdiyi və peyğəmbərlərə ilahi bilginin çatdırılma forması izah olunur. Bundan əlavə, peyğəmbərlərin isməti (günahsızlığı) məsələsi müxtəlif dərslərdə təhlil edilərək onların ilahi missiyasının etibarlılığı əsaslandırılır.
Kursun son hissəsi xüsusi peyğəmbərlik, ümumi peyğəmbərlik anlayışı və sonuncu din mövzusuna həsr olunmuşdur. Burada İslamın son ilahi din kimi mövqeyi və peyğəmbərlik silsiləsinin tamamlanması izah edilir. Kurs İmam Hüseyn Fondu tərəfindən hazırlanmış və İmam Sadiq Akademiyası vasitəsilə təqdim edilmişdir. Bu proqramın sonunda tələbələr nübüvvət mövzusunda dərin və sistemli bilik əldə edirlər.