İslam əqidələri 2: Allahşünaslıq və Tövhid
میں متوسطہ عقائدAllah və onun sifətlərni tanımaq (hər insanın öz həddində) mümkün olmağdan əlavə həmdə vacibdir.Lakin onun zat , həqiqət və mahiyyətini dərk etmək heç kəs üçün (hətta Allahın Rəsulu üçün belə) mümkün deyil .Çünki Allah qeyri məhduddur amma insanlar məhdud varlıqdırlar.Məhdudun naməhdudu derk etməsi mümkün deyil.
Quran məntiqinə əsasən Allahın vücudu bütün insanlar üçün aksiyomadır.Yəni onun isbatı üçün dəlilə ehtiyac yoxdur.Çünki birinci: insan Allahı fitri olaraq tanıyır, ikinci: aləmdə ilk insan Allahşünas və Peyqəmbər olmuşdur. Və O övladlarına Allahı tanıtdırmışdır. Silsiləvi olaraq bütün Peyqəmbərlər sonuncu Peyqəmbərə(s) qədər insanlara Allahı tanıtdırmışlar. Amma buna baxmayaraq Allahın isbatı üçün dəlillər də mövcuddur.
Allahın varlığını isbat etmək üçün bir cox dəlillər mövcuddur. O cümlədən: İmkan və vücub ,imkan və hüdus ,nəzm ,hərəkət ,fitrət və sair.Bu dəlillər arasında hamı üçün dərk olunası dəlil “nəzm” dəlilidir.Elə buna görə də Quranda Mutaal Allah bu dəlildən cox istifadə edir.
Müəyyən və mürəkkəb hissələrdən təşkil olunmuş və müəyyən bir hədəfə qulluq edən şeylər barəsində istifadə olunmuş bir məfhuma nəzm deyilir.Nəzm dəlili asan və bütün insanlar üçün dərk olunma qabiliyyətinə malikdir.Və Allahın varlığı ilə bərabər onun hər şeyə alim və hikmətli bir varlıq olmasını da sübut edir.Nəzm dəlili islamdan başqa dinlərdə və onların mənbələrində mövcuddur.
Nəzm dəlili bundan ibarətdir: Aləmdə dəqiq nizam intizam mövcuddur,bu nazim və nizamlayansız qeyri mümkündür, deməli aləmi nizamlayan bir varlıq var və o da Allahdır.
Varlıq məfhumu iki qismə bölünür:
1-Vücudu özündən olan , vücuda gəlməsində başqa bir səbəbə ehtiyacı olmayan varlıq (yəni vücudu vacib olan varlıq)
2-Zati etibarı ilə mövcud olub olmaması bərabər olan varlıqlar(yəni vücudu mümkün olan varlıqlar).
Vücudu mümkün olan varlıqların vücuda gəlməsində başqa bir səbəbə ehtiyacları var.
Aləmdə olan hər şey vücudu mümkün olan varlıqlardırlar,və vücuda gəlmələrində səbəbə ehtiyacları var.Bu səbəb özü vücudu mümkün olan varlıq olarsa, onun özünün səbəbə ehtiyacı olacaq. Bu nəhayətsiz davam edərsə” təsəlsül” , əvvəlki mümkünə qayıdarsa” dövr “lə nəticələnəcək və bunlar ikisidə batildir. Buna əsasən səbəb vücudu vacib olan bir varlıq olmalıdır və o da Allahdır.Bu dəlilə Qurani Kərimdə də işarə olunmuşdur.
Əvvəl olmayıb sonra vücuda gələn varlıqlara “hadis “ deyilir.
Hadis iki qismə bölünür
1- Hadisi zəmani ( müəyyən bir zamanda olmayan və sonradan vücuda gələn varlıq)
2- Hadisi zati ( zamandan qabaq mövcud olan ,vücudu vacib olmayan varlıq)
Yaşadığımız aləm əvvəl yox idi və müəyyən bir zamandan sonra vücuda gəldi.Əvvəl olmayan və sonradan vücuda gələn hər bir şeyin vücuda gətirənə (Muhdisə) ehtiyacı var. Və o qədim olan (barəsində yoxluq təsəvvür olunmayan)Allahdır.
Fitrət dəlili bundan ibarətdir ki,hər bir insan öz vücudunda Allahın varlığın hüzuri və fitri olaraq(vasitəsiz olaraq) dərk edir.
Fitrət və xilqət kəlmələri arasında fərq budur ki, fitrət xüsusi keyfiyyətlə yaradılışa , xilqət isə umumi yaradılışa deyilir. Yəni Allah insanı yaradan zaman öz mərifətin onun vucudunda qoymuşdur.
Fitri olan şeylər bütün insanlarda hər zaman var və iktisabi deyil. Fitrət insanı kamala doğru aparır ,qərizə isə belə deyil.
Allahın sifətləri barəsində olan bəhsin tarixçəsi Məsum İmamların (ə) dövrünə qayıdır və İmam Sadiq (ə)dan bu barədə hədis nəql olunub.
Allahın sifətləri iki qismə bölünür: Sübuti sifətlər ( yəni bu sifətlərin Allah üçün sübutu vacibdir, əgər olmasa nöqsan hesab olunur)
Səlbi sifətlər(yəni bu sifətlərin Allahdan səlb olunması vacibdir, Allahda olması nöqsandır).
Sübuti sifətlər də iki qismdir: Zati sübuti sifətlər(Allahın heç bir felin nəzərdə tutmadan ona nisbət verilən sifətlər) və feli sübuti sifətlər(Allahın müəyyən bir felin nəzərdə tutaraq Allaha nisbət verilən sifətlər)
Allahı vəsf etməyin mümkün olub olmadığı barədə üç nəzəriyyə mövcuddur.
1-Təşbeh nəzəriyyəsi(Allahı sifətlərində məxluqatına oxşatmaq.İnsan necə diridirsə, Allahda elə diridir, necə qadirdirsə, Allah də elə qadirdir).
2-Tətil nəzəriyyəsi (Allahın sifətlərin dərk etmək olmaz.Ağılın fəaliyyəti bu yöndə tətildir).
3-Allahın sifətlərin onları məxluqatın sifətlərinə oxşatmadan əqlin təfəkkürü , məxluqatda düşünmək , Qurana və sünnəyə müraciət etmək və kəşf və şühud yolu ilə dərk etmək olar .
Bu üç nəzəriyyədən birinci və ikincisi batil, axırıncı isə səhehdir.
Allahda olan sifətləri dərk etməyin bir neçə yolu var:
1- Əqli yolla dərk etmək(Allahın vücudunun vacib olması, yəni vücudunun özündən olması dəlalət edir ki, daimi və əzəlidir, mürəkkəb deyil, şərik və bənzəri yoxdur.)
2-Təcrübə yolu ilə əqlin dərk etməsi( öz vücuduna və ətraf mühitə baxmaqla).
3- Quran və sünnəyə müraciət etməklə.
4- Kəşf və şühud yolu ilə dərk etməklə (Allah təqva nəticəsində insana elə bir nur verir ki, o nur bəzi həqiqətlərin dərkində insana kömək olur.)
Allahın sifətlərinin toqifi olub olmaması barədə iki əsas nəzəriyyə mövcuddur:
Birincisi budur ki,Allahı yalnız Quranda və sünnədə qeyd olunan sifətlərlə sifətləndirməli,
ikinci nəzəriyyə isə bunun əksi olaraq Quranda və sünnədə qeyd olunmayan sifətlərlədə onda olan nöqsan cəhətləri kənara qoymaqla Allahı sifətləndirmək olar. Məşhur nəzəriyyə ikinci nəzəriyyədir.
Allahın zati sübuti sifətləri üçdür:
Alim , Qadir və Diri.
Eşidən və Görən sifətləri isə onun elm sifətindən qaynaqlanır.
Allahın elmi iki qismdir: Öz vücuduna olan elmi və məxluqata olan elmi.
Məxluqata olan elm də iki qismdir: Yaradılışından qabaq onlara olan elmi və yaradılışdan sonra onlara olan elmi.
Allahın öz zatına olan elmi hüzuridir (vasitəsiz olaraq bir şeyi bilmək).
Buna dəlil isə:
1- Bu xüsusiyyətin onun yaratdığı insanda olmasıdır. Və yaradanda olmasaydı yarananda olmazdı.
2-Allah mücərrəd bir varlıqdır və mücərrəd bir varlıq öz zatının yanında hazırdır.
Allahın məxluqata onların yaradılışından qabaq olan elmi barədə dörd nəzəriyyə mövcuddur:
1-Yaradılışdan qabaq onlara elmi var və bu elm hüzuri və icmalidir.
2- Yaradılışdan qabaq onlara elmi var. Bu elm təfsili və hüsulidir. Allahın vücud və ədəm arasında olan vasitəyə yəni sabitata elmi var.
3- Yaradılışdan qabaq onlara elmi var .Bu elm təfsili və hüsulidir.
4- Yaradılışdan qabaq onlara elmi var və bu elm hüzuri və təfsilidir.
Qəbul olunmuş nəzəriyyə dördüncü nəzəriyyədir.
Quran , sünnə və əqli dəlillərə əsasən Mutaal Allah yaratdığı bütün varlıqların cüziyyatına elmi vardır. Quran məntiqinə əsasən Mutaal Allah hər şeyə qadirdir və bu sifətində faili muxtardır.
Quran məntiqinə və əqli dəlilə əsasən Mutaal Allah hər şeyə
qadirdir və qüdrətində muxtardır.
Əqli və nəqli dəlilərə əsasən Mutaal Allah diridir.Və bu sifət heyvanlarda və bitkilərdə olan dirilikdən fərqli olaraq onlarda olan nöqsan cəhətlərin olmaması şərti ilə belədir.
Allahın iradə sifətinin zati ya feli , qədim ya hadis və bir və ya birdən artıq olması barədə alimlər arasında fikir ayrılığı vardır.İradə lüğətdə “sevmək” mənasında olarsa onu Allaha nisbət vermək olar və nəticədə zati sifət olacaqdır və əgər “qərara gəlmək” mənasında olarsa, onun nöqsan cəhətlərin kənara qoymaqla Allaha nisbət vermək olar.Allahın iradə sifəti iki qismdir: Təkvini və təşrii
Qurana və sünnəyə əsasən Mutaal Allah Muriddir.Alimlər arasında bu sifətin zati və ya feli sifət olması barəsində ixtilaf var.Belə ki, əgər bu sifət elm və qudrət sifətindən qaynaqlanırsa zati amma belə olmasa, feli olacaqdır.Mötəbər hədislərə əsasən isə bu sifət feli sifətdir. İradə sifəti iki qismdir: Təkvini və təşrii.
Mutaal Allahın sübuti sifətlərindən biri “Mütəkəllim”(danışan) sifətidir.İmamiyyə firqəsinin etiqadına əsasən bu sifət Allahın feli sifətlərindəndir və hadisdir .Allahın danışması onun kəlamı yaratması ilə mənanı çatdırmaq mənasındadır.
Məsum İmamlardan nəql olunan hədislərə əsasən Allahın kəlamı hadisdir.
Əqli və nəqli dəlillərə əsasən Allah doğru danışan,əbədi , əzəli və müdrikdir.
Mutaal Allah həkimdir. Yəni gördüyü işlər nöqsansızdır və bəyəniləndir.
Allahın xəbəri sifətlərini həqiqi mənada ona nisbət vermək olmaz.
Xəbəri sifətlər barədə dörd nəzəriyyə var:
1-Xəbəri sifətləri həqiqi mənada Allaha nisbət vermək olar.
2-Xəbəri sifətləri həqiqi şəkildə cismi məna vermədən Allaha nisbət vermək olar.
3- Xəbəri sifətləri Allaha nisbət vermək olar amma onların həqiqətin dərk etmək mümkün deyil.
4- Xəbəri sifətləri həqiqi şəkildə Allaha nisbət vermək olmaz,
amma məcazi mənada nisbət vemək olar.
Düzgün nəzəriyyə dördüncü nəzəriyyədir
Allahda olmayan sifətlər bunlardır:
Mutaal Allah mürəkkəb və cism deyil. Və bir şeyə hülul etməyib, müəyən bir cəhətdə qərar tapmayıb.
Hissi ləzzəti Allaha nisbət vermək olmaz amma əqlani ləzzəti nisbət vermək barədə fikir ayrılığı mövcuddur.
Mutaal Allahın görünüb görünməməsi barədə üç nəzəriyyə mövcuddur :
1-Mütləq şəkildə həm dunyada həm axirətdə görünməyəndir.
2-Mütləq şəkildə həm dünyada, həm axirətdə, həm möminlər üçün və həm qeyri möminlər üçün görünəndir.
3-Yalnız axirətdə möminlər üçün görünəcəkdir.
Birinci nəzəriyyə həqiqətə uyğundur.
Bəzi insanlar mütəşabeh ayələrin zahirinə baxmaqla Allahın görünməsinin mümkünlüyünə hökm vermişlər.
Mutaal Allahın görünməzliyi əqli və nəqli dəlillərlə isbat olduğu üçün bu ayələri zahiri mənasına yox, bəlkə batini mənasına təvil etmək lazımdır.
Allahı əqlin və qəlbin gözü ilə görmək olar.
Quran və sünnəyə əsasən tovhid bəhsi ən əhəmmiyyətli məsələlərdən biridir.
Tovhid sifəti səlbi sifətlərdəndir.
Tovhidin birinci mərhələsi Allahın zatındakı yeganəliyidir, və bu da iki qismdir:
1-Allahdan başqa ikinci Allah yoxdur,
2-Allah bəsit və qeyri mürəkkəbdir.
Və bunun üçün əqli və nəqli dəlillər mövcuddur .
İslamda əqli və nəqli dəlillərə əsasən Allahdan başqa digər bir Allah yoxdur və o bəsitdir və mürəkkəb deyil.
Mutaal Allah zatında tək olduğu kimi sifətlərində də təkdir.Və bu iki mənada ola bilər:
1-Allah sifətlərində də qeyri məhduddur və başqa bir məxluqdan almamışdır,
2-Allahın sifətləri onun zatının özüdür və bir birindən ayrı bir şey deyil.
Buna əqli və nəqli dəlillər mövcuddur.
Quran məntiqinə əsasən bütün şeylərin xaliqi Mutaal Allahdır. Allahın xaliqiyyət sifəti barəsində üç nəzəriyyə mövcuddur:
İmamiyyə: Allah müstəqil şəkildə, heç bir varlıqdan kömək almadan təsir edən və yaradandır.Başqa səbəblər isə öz təsirlərində müstəqil deyil , bəlkə Allahın iradəsinə bağlıdır.
Əşairə(Cəbriyyə): Allahdan başqa aləmdə təsirə malik olan heç bir varlıq yoxdur.
Mötəzilə: (Müfəvvizə) Aləmdə Allahdan başqa təsir edən səbəblər var və insan öz rəftarında müstəqildir və Allahın iradəsinə bağlı deyil.
Allahın xaliqiyyət sifətində əşairə məzhəbi ifrat etmiş və təbii səbəbləri inkar etməklə insanın rəftarında məcbur olmasına qail olmuşlar
Mötəzilə firqəsi isə insanın rəftarında Allahın dəxaləti olmadan tam ixtiyar sahibi və müstəqil olmasına etiqad bəsləyirlər. İmamiyyə firqəsi isə nə məcburiyyəti nə də müstəqilliyi qəbul edir, bəlkə Quran və Əhlibeyt(ə) məntiqinə əsasən ikisinin arasında olan məqama inanırlar.
Allahın xaliqiyyətindəki tovhidində imamiyyə nəzəriyyəsinə əsasən bəzi quran ayələrinin zahirindəki ziddiyyətini düzgün şəkildə təfsir etmək olar.
Bu nəzəriyyə aləmdə baş verən şərr hadisələrlə muqayisədə bu işlərin Allaha nisbəti mənasında ola bilməz , çünki zahirdə şərr və həqiqətdə isə xeyrdirlər.
Xaliqiyyətdə tovhid şərr işlərin Allaha nisbət verilməsinə səbəb ola bilməz, çünki şərr muqayisə ilə yaranan bir məfhumdur və Allah şərr yaratmaz , və şərrin xaricdə vücudu yoxdur.
Əqli və nəqli dəlillərə əsasən Mutaal Allah rübubuyyətində də təkdir .Yəni aləmdə olan bütün varlıqların idarəçiliyi müstəqil olaraq onun əlindəir və onun izni ilədir.
Rübubiyyətdə olan tövhidin bir qismi hakimiyyətdə olan tövhiddir. Və bu o deməkdir ki, Mutaal Allahdan başqa heç bir varlığın bu aləmə hakim olmağa ləyaqəti yoxdur.Çünki aləmin həqiqi sahibi və yaradanı odur .Elə buna görə də onun izni olmadan ondan başqasına itaət etmək olmaz.Buna itaətdə tövhid deyilir.
Qanunvericilik yalnız Allaha məxsusdur. Çünki insan ictimai varlıqdır, və ictimai varlığın qanuna ehtiyacı var. İnsanın özünü sevmə ,ehtiyaclı olma və öz mənafeyini düşünmə xüsusiyyətləri ona qanun vermədə xəta və yanlışlığa zəmin yarada bilər. Buna əsasən qanunu elə bir varlıq verməlidir ki onda bu xüsusiyyətlər olmasın və O, Allahdır.
Allahdan başqa heç bir varlıq ibadətə layiq deyil, ibadət yalnız ona məxsusdur.
Quran məntiqinə əsasən başqa bir varlığın müqabilində onun uluhiyyətinə etiqad bəsləyərək özünü kiçiltməyə ibadət deyilir.
اس آنلائن کلاس کے بارے میں
Allahşünaslıq və Tövhid kursu İslam əqidəsinin ən mühüm mövzularından biri olan Allahın tanınması və tövhid prinsipinin dərindən öyrənilməsinə həsr olunmuşdur. Kurs Firuz Yaşaroğlu tərəfindən Azərbaycan türkcəsində təqdim edilir və tələbələrə Allahın varlığı, sifətləri və birliyi barədə sistemli və elmi bilik qazandırır. Dərslər İslam kəlamı, əqli dəlillər və Quran təlimləri əsasında hazırlanmışdır və həm yeni başlayanlar, həm də əqidə sahəsində biliklərini dərinləşdirmək istəyənlər üçün faydalıdır.
Kursun ilk hissəsində Allahşünaslığın əsasları araşdırılır və Allahın varlığını sübut edən müxtəlif dəlillər izah edilir. Tələbələr “Nəzm” dəlili, İmkan və Vücub dəlili, Hüdus dəlili və Fitrət dəlili kimi mühüm fəlsəfi və kəlami sübutlarla tanış olurlar. Bu mövzular vasitəsilə insanın Yaradanı tanımasının əqli əsasları açıqlanır və Allahın mövcudluğuna dair rasional yanaşmalar təqdim edilir.
Kursun növbəti bölmələrində Allahın ad və sifətləri geniş şəkildə təhlil olunur. Allahın elm, qüdrət, həyat (Həyy), iradə (Murid) və kəlam (Mutəkəllim) sifətləri, eləcə də xəbərî və səlbi sifətlər ətraflı şəkildə izah edilir. Həmçinin Allahın sifətlərinin mahiyyəti, onların zatla əlaqəsi və ilahi sifətlərin düzgün anlaşılması ilə bağlı mühüm kəlami məsələlər müzakirə olunur.
Kursun son hissəsi tövhid mövzusuna həsr edilmişdir. Burada Allahın zatında, sifətlərində, xaliqiyyətində, rübubiyyətində, hakimiyyətində və qanunvericiliyində tövhid anlayışları araşdırılır. Həmçinin ibadətdə tövhid və insanın həyatında tövhid düşüncəsinin rolu izah edilir. Dərslər İmam Hüseyn Fondu tərəfindən hazırlanıb və qeydə alınıb, daha sonra isə İmam Sadiq Akademiyası vasitəsilə təqdim edilmişdir. Kursun sonunda tələbələr Allahşünaslıq və tövhid mövzularında möhkəm elmi baza əldə edəcəklər.