İslam əqidələri 1: Dinin əsasları və müqəddimələri ilə tanışlıq
en Croyances intermédiairesİslam məarifi üç hissəyə bölünür: Əqaid, əhkam və əxlaq.Bütün elmləri nəzərə alsaq Allah yanında həqiqi elm bu üç elmdən ibarətdir.Əqaid elmi İslamda böyük əhəmiyyətə malikdir.Əqaid elminİi “Üsulid-din” də adlandırmışlar . Yəni dinin əsasları.Din lüğətdə itaət və cəza mənasındadır.Terminoloji mənası isə: ”Cəmiyyəti idarə etmək və insanı fərdi olaraq kamala çatdırmaq üçün Allah tərəfindən göndərilmiş əqaid ,əxlaq və bir sıra qanunlar toplusuna din deyilir”
Üsulid-din, ümumi mənada bütün inanılması vacib olan inanclara şamil olur. Xüsusi mənada beş vacib inancdan ibarətdir: Tovhid,Ədalət,Nübüvvət, İmamət, Məad.Bunlardan üçü(Tovhid, Nübüvvət və Məad) üsulid-din və ikisi( Ədalət və İmamət) isə üsuli məzhəb hesab olunur.
Üsulid-din, ümumi mənada bütün inanılması vacib olan inanclara şamil olur. Xüsusi mənada beş vacib inancdan ibarətdir: Tovhid,Ədalət,Nübüvvət, İmamət, Məad.Bunlardan üçü(Tovhid, Nübüvvət və Məad) üsulid-din və ikisi( Ədalət və İmamət) isə üsuli məzhəb hesab olunur.
Bütün məzhəblərdə din barədə və xüsusiylə Allah barədə mərifət kəsb etmək vacibdir.Lakin buna olan dəlilin əqli və ya nəqli olmasında fikir ayrılığı mövcuddur.
Din barədə axtarışın zəruriliyinə əqli dəlillərdən biri ağlın hökmünə əsasən “ehtimal olunmuş zərərı uzaqlaşdırmağın”vacib olmasıdır.
Din barədə axtarışın zəruriliyinə əqli dəlillər bundan ibarətdir:
Ehtimal olunmuş zərərıi uzaqlaşdırmaq və nemət verən şəxsə təşəkkür etmək ağlın hökmü ilə vacibdir.Haqq axtarışı insanın fitrətindən və yaradılışından qaynaqlanır.
Əqli dəlillərə əsasən üsuliddində təqlid etmək caiz deyil.
Kəlam elmi Quran, sünnə və əqlə əsaslanaraq dini inanclarımızı bizə bəyan edir və dinsizlər tərəfindən olunan irad və işkallara cavab verir.Bu elmin mövzusu Allah və onun feli, faydası isə Allahşunaslıq,Peyqəmbərşunaslıq , məadşünaslıq və sair inanclar barədə mərifət kəsb etmək və bu yöndə olan iradlara cavab verməkdir.
Quran məntiqinə əsasən insan cism və ruhdan ibarətdir və fitrətən Allahpərəsdir.İnsan öz işlərində ixtiyar sahibidir və etdiyi bütün işlər və əməllərə görə sorğu-sual olunacaqdır.İnsanlar mənəvi kəmallar istisna olmaqla bütün cəhətlərdə bərabərdirlər.
À propos de ce cours
Din və Üsulid-Dinlə Tanışlıq kursu İslamın etiqadi əsaslarını öyrənmək istəyənlər üçün hazırlanmış giriş səviyyəli bir tədris proqramıdır. Kurs Firuz Yaşaroğlu tərəfindən Azərbaycan türkcəsində tədris olunur və tələbələrə dinin mahiyyəti, əqidənin əsasları və İslam düşüncəsinin təməl prinsipləri haqqında sistemli bilik qazandırır. Dərslər sadə və aydın üslubda təqdim olunduğundan həm yeni başlayanlar, həm də dini biliklərini möhkəmləndirmək istəyənlər üçün faydalıdır.
Bu kursda “Üsulid-Dinlə tanışlıq”, “Üsulid-Dinin qismləri” və “Din barədə araşdırmanın zəruriliyi” kimi mühüm mövzular ətraflı şəkildə müzakirə edilir. Tələbələr dinə inanmağın məntiqi əsasları, dini həqiqətlərin araşdırılmasının əhəmiyyəti və insanın öz etiqadını şüurlu şəkildə formalaşdırmasının zəruriliyi ilə tanış olurlar. Mövzular həm əqli, həm də dini dəlillər əsasında izah edilir.
Kursun digər mühüm bölmələri “Kəlam elminin tərifi, mövzusu və faydası” və “İslamda insanşünaslıq” mövzularına həsr edilmişdir. Bu dərslərdə tələbələr İslam kəlam elminin rolu, onun digər İslam elmləri ilə əlaqəsi, eləcə də insanın yaradılışı, məqsədi və mənəvi dəyəri barədə İslam baxışını öyrənirlər. Bu mövzular tələbələrin dini dünyagörüşünün formalaşmasına mühüm töhfə verir.
Dərslər İmam Hüseyn Fondu tərəfindən hazırlanıb və qeydə alınıb, daha sonra isə İmam Sadiq Akademiyası vasitəsilə tələbələrin istifadəsinə təqdim edilmişdir. Kursun sonunda iştirakçılar İslam dininin əsas etiqadi anlayışları barədə möhkəm təməl bilik əldə edəcək və daha ixtisaslaşmış əqidə dərslərini öyrənmək üçün lazımi hazırlığa sahib olacaqlar.