İslam əqidələri 4: Cəbr və İxtiyar
en Croyances intermédiaires60 “Cəbr” və “İxtiyar”(2)-Höccətül-İslam vəl-müslimin Firuz Yaşaroğlu
Mütləq cəbr nəzəriyyəsi və kəsb nəzəriyyəsi həqiqətdə bir mənanı daşıyırlar.
Quran məntiqinə əsasən bu iki nəzəriyyə batildir.Çünki aləmdə səbəb və nəticə qanunu inkar edilməzdir.Əməllərin insana nisbəti Allahın fellərində olan vəhdaniyyəti ilə ziddiyəti yoxdur.
Höccətül-İslam vəl-müslimin Firuz Yaşaroğlu “Cəbr” və“ İxtiyar”
(3)
Əşairə məzhəbinin kəsb nəzəriyyəsini ixtiyar etmələrinə səbəb Allahın fellərdə olan vəhdaniyyətinin əməllərin insana nisbəti məsələsi ilə sual altına gedməsidir.
Amma bu iki məsələ arasında heç bir ziddiyyət yoxdur
Bundan əlavə kəsb və ya cəbr nəzəriyyəsi qəbul olunsa təklif və Peyğəmbərlərin göndərilməsi, həmçinin Quranda cənnət vədəsi , yaxşı iş sahiblərinin mədhi və pis iş sahiblərinin məzəmməti mənasız olacaqdır.
Cəbr və kəsb nəzəriyyəsi batildir.Çünki əgər bunu qəbul edsək Peyğəmbərlərin besəti, Allahın verdiyi vəd və vəidlər, insanların qiyamət günü əzab və mükafatı və sair mənasız olacaqdır.Bu barədə hədislər mövcuddur. Bu nəzəriyyənin yaranmasının elmi və siyasi amilləri vardır.
Üçüncü nəzəriyyə Allahın insanın fellərinə dəxaləti barədə ”təfviz “nəzəriyyəsidir.
Buna əsasən insanlar öz işlərində tam müstəqildirlər .Çünki əgər Allahın zərrə qədər dəxaləti olarsa, onun ədaləti insanların gördükləri pis işlərlə sual altına gedir.Bu nəzəriyyə möhkəm dəlillərə əsasən batildir
“Təfviz” nəzəriyyəsinin qəbul olunmasına səbəb olan xətalardan biri də Allahın təkvini və təşrii iradəsi arasındakı anlaşılmamazılqdır.
Quran məntiqinə və mötəbər hədislərə əsasən” Təfviz” nəzəriyyəsi batildir.
İnsanların işlərində Allahın rolu barədə dördüncü nəzəriyyə “Əmrun beynəl əmreyn ” nəzəriyyəsidir.Quran məntiqinə və mötəbər hədislərə əsasən bu nəzəriyyə doğrudur.
Qədər lüğətdə bir şeyin həddi və hüdudu , qəza isə onun möhkəm olması və onun tamamlanmasına deyilir .
Qəza və qədər bir neçə qismdir:
-Təşrii
-Təkvini
À propos de ce cours
Cəbr və İxtiyar kursu İslam əqidəsinin ən mühüm və mübahisəli mövzularından biri olan ilahi təqdir və insan azadlığı məsələlərini dərindən araşdırmaq üçün hazırlanmışdır. Kurs Firuz Yaşaroğlu tərəfindən Azərbaycan türkcəsində tədris olunur və tələbələrə kəlam elmində insanın iradəsi, ilahi iradə və onların əlaqəsi barədə sistemli və elmi bilik verir. Dərslər həm başlanğıc, həm də orta səviyyəli tələbələr üçün əlverişli şəkildə təqdim edilmişdir.
Kursun əsas hissəsi “Cəbr və İxtiyar” mövzusunun müxtəlif yönlərini əhatə edir. Bir neçə ardıcıl dərsdə cəbr (məcburiyyət) və ixtiyar (azad iradə) anlayışları izah edilir, bu iki baxışın İslam düşüncəsində necə şərh olunduğu geniş şəkildə müzakirə edilir. Tələbələr insanın əməllərində nə dərəcədə azad olduğu və ilahi iradənin bu prosesdəki rolu ilə bağlı kəlam məktəblərinin yanaşmaları ilə tanış olurlar.
Kursun növbəti hissəsində “Qəza və Qədər” mövzusu araşdırılır. Burada ilahi təqdir anlayışı, hadisələrin Allahın elmi və iradəsi ilə əlaqəsi, eləcə də insan məsuliyyəti məsələsi izah edilir. Bu mövzular vasitəsilə tələbələr İslam əqidəsində determinasiya və azadlıq arasındakı incə tarazlığı daha yaxşı dərk edirlər və yanlış təsəvvürlərdən uzaqlaşırlar.
Dərslər İmam Hüseyn Fondu tərəfindən hazırlanıb və qeydə alınıb, daha sonra isə İmam Sadiq Akademiyası vasitəsilə təqdim edilir. Bu kursun sonunda tələbələr cəbr və ixtiyar mövzusunda dərin elmi anlayış əldə edir, həmçinin ilahi ədalət və insan məsuliyyəti ilə bağlı əqidəvi suallara daha əsaslı cavab vermək bacarığı qazanırlar.